Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

  • SpaceTV
  • 21 Oktyabr 2020 14:14

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2256 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb. 

Təhsil Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, test imtahanı mərhələsinə hazırlaşan namizədlər imtahan proqramı ilə tanış ola bilərlər.

İmtahan mərhələsi keçirilməzdən öncə müsabiqəyə elektron qeydiyyatın yenidən elan edilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu bu ilin 28 sentyabr-5 oktyabr tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, 2479 namizəd elektron ərizəsini təsdiqləyib.

Paylaş

 Xəbəriniz olsun