“Diqqət uşaqlar !”

  • SpaceTV
  • 14 Oktyabr 2019 15:04

Sentyabrın 15-dən etibarən Qax RPŞ-i Dövlət Yol Polisi bölməsi əməkdaşları tərəfindən yeni maarifləndirici aksiyaya başlanılıb.Küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi,xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur deyə yol polisindən bildirilib.

Bu məqsədlə şəhərin Heydər Əliyev prospektində avtomobillərin daha çox hərəkət etdiyi yolda yol polisləri tərəfindən maarifləndirici aksiya keçirilib.

Aksiya zamanı bildirilib ki, şagirdlər yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etməlidirlər. Sürücülər isə, piyada keçidləri olan ərazilərdə piyadalara yol verməlidirlər. Əsasən də sürücülər uşaqların keçdiyi yollarda daha diqqətli olmalıdırlar.

Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblərin diplomları təqdim edilib.”Diqqət uşaqlar!” aylığı çərçivəsində tədbirlər davam etdiriləcək.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun