DİQQƏT! Sabah avtobusların hərəkət istiqaməti dəyişdirilir

  • SpaceTV
  • 11 Dekabr 2019 15:00

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti – Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

SPACE TV  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Paylaş

 Xəbəriniz olsun