DİQQƏT! Dövlət bu problem ilə üzləşən sahibkarlara YARDIM EDƏCƏK – RƏSMİ

  • SpaceTV
  • 11 Aprel 2020 14:32

“Bank hesablarına sərəncam qoyulmuş sahibkarlara dövlət kömək edəcək”.

SPACE TV xəbər verir ki, bunu Real TV-nin efirində İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov deyib.

Elvin Camalov bildirib ki, dövlət dəstəyindən yalnız koronavirus pandemiyasının təsirlərinə məruz qalmış sahibkarlar yararlana bilər. Amma burada digər amillər də var. İlk növbədə, dövlətin çağırışlarına adekvat cavab vermiş, məsələn, işçilərini ixtisar etməmiş şəxslərə üstünlük veriləcək”.

“Sahibkarlar maliyyə dəstəyi üçün elektron vergi kabineti vasitəsi ilə müraciət etməlidir. Bildiyiniz kimi dəstəyin iki forması müəyyən olunub. Bunlardan biri odur ki, işəgötürənlərin muzdlu işçilərinin əməkhaqlarının bir hissəsini dövlət ödəyir. Digər dəstək isə birbaşa sahibkarın özünə göstərilir. Beləliklə, iş adamı elektron vergi kabinetində “pandemiya ilə bağlı maliyyə dəstəyi” bölməsinin 2 altbölməsindən birini – “muzdlu işlə əlaqədar işçilərə maliyyə dəstəyinin alınması” və yaxud “fərdi sahibkarlara maliyyə dəstəyinin alınması”nı seçir.

Bundan sonra zəruri ilkin məlumatlar daxil edilməlidir. Bunlar sahibkarın VÖEN-i, adı, aktiv bank hesabları və s. ola bilər. Sistem onlayn rejimdə məlumatları yoxlayır və təsdiq edir. Məlumatlarda hər hansı uyğunsuzluq olarsa, müraciət təsdiq edilməyə bilər. Amma bu, sahibkarı 2-ci dəfə müraciət etmək imkanından məhrum etmir. Həmin məlumatları düzəltməklə yenidən müraciət etmək mümkündür”, – o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun