DİN Yevlaxda qoşulub qaçan qızla bağlı məlumat yaydı

  • SpaceTV
  • 4 Dekabr 2019 17:33

Daxili İşlər Nazirliyi Yevlax rayonunda qızın zorla qaçırılması və ailəsindən gizlədilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

SPACE TV-in verdiyi xəbərə görə, rəsmi açıqlamada qeyd olunub ki, səhifələrin birində – “Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar” – qeyd edilən status həqiqəti əks etdirmir və polisin nüfuzunu ləkələmə məqsədi daşıyır.

Dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət ünvanlayıb. Həmin gün şikayətlə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınıb və o zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirib.

Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib.

Paylaş

 Xəbəriniz olsun