Din xadimləri İlham Əliyevi təbrik ediblər

  • Space TV
  • 10 Noyabr 2020 15:37

Bu gün Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstermizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Spacetv.az xəbər verir ki, konfransda QMİ sədri Allahşükür Paşazadə, Türkiyə diyanət işləri başqanı Ali Erbaş, İSESCO-nun Baş direktoru Salem ibn Məhəmməd əl-Maliki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif ibn Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat, İslam aləminin, o cümlədən Yaxın Şərq, Afrika, Avropa və Asiyanın nüfuzlu din xadimləri və dini rəhbərləri iştirak ediblər.

Tədbirin sonunda konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubu və bəyanat qəbul edilib.

Konfrans iştirakçıları dövlətlər, BMT, İƏT və ona üzv ölkələr, digər beynəlxalq, regional, ictimai təşkilatlar və dini liderlərə müracət edərək Ermənistana Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi və hərbi yardımlar göstərməməyə, o cümlədən, öz ərazilərindən həmin məqsədlə təyinatlı daşımalara və müzdluların hərəkətinə yol verməməyə çağırıb. Bundan əlavə, dövlətləri BMT Nizamnaməsində və beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq səviyyədə təşviq edilməsinə, dünyanın bir çox bölgələrində baş verən konfiliktlərin, eləcə də Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırıb.

Paylaş

 Xəbəriniz olsun