DİN vətəndaşlara müraciət etdi

  • Space TV
  • 5 Oktyabr 2020 13:08

Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə – fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

Bu barədə Spacetv.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

“Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik”, – məlumatda qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun