DİN Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb

  • SpaceTV
  • 27 Sentyabr 2019 11:37

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən “Space”ə bildirilib ki, sentyabrın 25-də saat 21 radələrində Sumqayıt Şəhər Polis İdaərisinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş

 Xəbəriniz olsun