DİN: Maska taxmayanlar qaydanı pozmuş sayılır

  • SpaceTV
  • 2 Aprel 2020 12:43

“Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir”.

SPACE TV  xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir:

“Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir”.

Paylaş

 Xəbəriniz olsun