DİN: Komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda tədbirlər keçirilir – FOTO

  • SpaceTV
  • 1 Oktyabr 2020 17:59

Ölkə ərazisində komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda polis əməkdaşları ilə Daxili Qoşunların hərbi qulluqçuları birgə xidmət aparırlar.

Bu barədə Spacetv.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, komendant saatının tətbiq olunduğu müddətdə, yəni axşam saat 21:00-dan səhər saat 06:00-dək piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir.

Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülür.

Paylaş

 Xəbəriniz olsun