DİN komendant saatı ilə bağlı vətəndaşlara müraciət etdi

  • Space TV
  • 10 Noyabr 2020 17:00

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Spacetv.az xəbər verir ki, müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.

Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın”.

Paylaş

 Xəbəriniz olsun