DİN-in istirakçıları Avropa Çempionatına vəsiqə qazanıblar

  • Space TV
  • 4 Mart 2020 10:31

Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Yarışda müxtəlif çəki dərəcələri üzrə 78 veteran idmançı medallar uğrunda mübarizə aparıb.

SPACE TV  xəbər verir ki, maraqlaizlənilən bu yarışda DİN İdman Cəmiyyətinin inspektoru, polis kapitanı Elşən İbişov (90 kiloqramadək) vəƏlahiddə Çevik Polis Alayının əməkdaşı, polis baş serjantı Azər Fətullayev (81 kiloqram) qarşılaşdıqları bütün görüşlərdə rəqiblərini məğlub edərək çempion adını qazanıblar.

Baş mükafata sahib olan hər iki idmançımız cüdo üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanıb.

Bu yarışda ƏÇPA-nın daha bir əməkdaşı, polis serjantı Yusif Bayramov finaladək irəliləyib və bürünc medala sahib olub.

Paylaş

 Xəbəriniz olsun