DİN-dən əhaliyə növbəti XƏBƏRDARLIQ

  • SpaceTV
  • 8 May 2020 12:03

Məlumat verildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il may ayının 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir:

“Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur”

Paylaş

 Xəbəriniz olsun