DİN: Bağlı qalan 11 cinayətin üstü “isti izlər”lə açılıb

  • SpaceTV
  • 28 Sentyabr 2019 13:43

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 11 cinayətin üstü “isti izlər”lə açılıb.

“Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Space-ə verilən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun