DİM imtahanları onlayn qaydada keçirəcək ? – TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

  • SpaceTV
  • 8 Aprel 2020 12:12

Koronavirus səbəbindən artıq bir aydan çoxdur ki, ölkənin bütün təhsil sistemində dərslər dayanıb.Bununla yanaşı alternativ yollar axtarmaq üçün Təhsil Nazirliyi onlayn dərs sistemini işə saldı.”Virtual Məktəb”adlanan layihə çərçivəsində şagirdlərə onlayn qaydada dərslər keçirilir. Amma layihənin əlçatanlığı bir sıra ailələr üçün çətindir.

SPACE TV xəbər verir ki, məsələyə münasibət bildirən ekspert Elçin Əfəndi bildirdi ki, karantin şəraitində təhsil sistemində yaranan durğunluq zamanında şagirdlərin dərslərdən geri qalmaması üçün onlayn təhsilsiz mümkün deyil.

” Durum da göz qabağındadır. Onlayn təhsilsiz bu durumdan çıxa bilməyəcəyik. Fikrimcə, dərslərin açılma ehtimalı may ayının üçüncü on günlüyünə təsadüf edə bilər. Məhz bunları nəzərə alaraq övladlarınızın dərslərdən geri qalmamasına çalışın. Bilirsiniz ki, Təhsil Nazirliyi virtual məktəb layihəsinə start verib. Eləcə də artıq ali məktəblərdə dərslər distant formada həyata keçirilir. Ona görə də övladlarınızın bu tədris ilini başa vurmaları üçün dəstək olun.

Házırda ailələrdə internet probleminin yaşandığını deyən Elçin Əfəndi vurğuladı ki, provayderlər bu çətin vaxtlarda əhaliyə kömək etməlidirlər.

” Mən internetsizliyi, maddi durumu başa düşürəm. Amma indiki halda bizim başqa seçimimiz yoxdur. Azərbaycan Respublikası Tarif Şurası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi aşağıdakı məsələlər barədə təhsilli vətəndaş cəmiyyətinin inkişafı və eləcə də əhalinin sosial durumunu nəzərə alaraq düşünsünlər. Bütün internet provayderləri internet sürətinin artımına, həmçinin qiymətlərin şagird, tələbə əlçatanlığa şərait yaratsınlar. Bütün mobil operatorlar “Təhsil” adlı internet tarifi tətbiq etsinlər və bu tarif qiymət baxımından bütün ölkə ərazisində həm şagirdlər, həm tələbələr, həm də müəllimlər üçün əlçatan olsun.”

Ekspert əlavə etdi ki, ali məktəblər üzrə semestr imtahanları iyun ayının sonlarında keçirilə bilər.

”9 və 11-lərin imtahanlarına gəldikdə isə bu imtahanları 2-3 ay sonra həyata keçirmək mümkündür. Fikrimcə də imtahanlar iyul ayından tez başlanmayacaq.Əgər virus təhlükəsi uzun sürərsə hətta Dövlət İmtahan Mərkəzinin imtahanları onlayn keçirmək kimi ehtimalı da var”

Paylaş

 Xəbəriniz olsun