Qəsəbədə Azərsu tərəfindən kanalizasiya xəttinin çəklişinə 2015 – ci ilin əvvəlində başlanılıb. Həmin vaxt iş icraçıları sakinlərə lahiyənin ilin sonuna kimi başa çatacağını və qəsəbənin tam olaraq kanalizasiya xətti ilə təmin olacağını vədini versələrdə sözlərinə əməl etməyiblər.
Daha doğrusu qəsəbəyə kanalizasiya xətti çəkilsə də xəttin mənzillərə birləşdirilməsi nədənsə unudulub. Hazırda qəsəbədə on bir min 156 sakin və 2600 təsərrüfat var ki, kanalizasiya çəkilərkən yalnız 30 faiz mənzil xəttə qoşula bilib.
Bu ünvanda yaşayan sakinlər kanalizasiya xəttlərinin olmamasına görə şikayətçidirlər. Qəsəbə sakinləri deyirlər ki, yarımçıq qalan kanalizasiya xəttinə görə yağışdan sonra bütün qurunt suları evlərin həyətlərinə və zirzəmilərinə dolur. Bəs yarımçıq qalan lahiyənin nə zaman başa çatacağı və Digah sakinlərin kanalizasiya probleminin nə vaxt həll olunacağı sualını aidyyatı üzrə Azərsu ASC-nə ünvanladıq.Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, bakı ətrafı bəzi kənd və qəsəbələrin kanlizasiya probleminin həlli üçün hazırda Pirşağı qəsəbəsi yaxınlığında gücü sutkada 40 min kubmetr olan müasir standartlara cavab verən təmizləyici qurğunun tikintisi aparılır və bu işlərin gələn il başa çatması nəzərdə tutulub. Bununla da gələcəkdə Digah qəsəbəsi də daxil olmaqla Bakının 11 kənd və qəsəbəsində yaranan qurunt suları və kanalizasiya suları toplanaraq bu qurğuya ötrüləcək. Sakinlərə yenə də səbr edib gözləmək qalır.
RƏŞAD VƏKİLOĞLU SPACE TV