Dieqo Maradona dünyanın ən texnikalı futbolçusu seçilib

  • SpaceTV
  • 22 Aprel 2020 10:44

GiveMeSport portalı futbol tarixində ən texnikalı futbolçuların adlarını açıqlayıb.

SPACE TV xarici KİV-lərə istinadla xəbər verir ki, “TOP-20″nin birinci pilləsində Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradona yer alıb. Braziliyalı Ronaldinyo ikinci, hollandıyalı Yohan Kroyf üçüncü və fransalı Zinəddin Zidan isə dördüncü olub.

Hazırda karyerasını davam etdirən futbolçular arasında ən yüksək yerdə Lionel Messi qərarlaşıb. “Qızıl top”un altıqat sahibi 5-ci pillə ilə kifayətlənib.

Qeyd edək ki, portuqaliyalı Kriştiano Ronaldo 13-cü, braziliyalı əfsanə Pele isə bu siyahıda 14-cü pillədə qərarlaşıblar.

Paylaş

 Xəbəriniz olsun