Dezinfeksiya işləri gücləndirildi

  • SpaceTV
  • 18 Aprel 2020 16:26

Səhər saatlarından başlayaraq bütün küçə və prospektlər bu texnikalar vasitəsilə ilə süpürülüldü daha sonra dezinfeksiya edən texnikalar yollara çıxarıldı.

Bakı Şəhər icra hakimiyyətinin strukturlarının və paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası tərəfindən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq sanitariya və epidemiologiya üzrə mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparıldı.

Qrafik əsasında şəhərin həm mərkəzi, həm də rayonlarının  əsas küçələrində dezinfeksiya işləri intensiv şəkildə həyata keçirildi.

İntensivləşdirilmiş dezinfeksiya tədbirlərinəDaxili İşlər Nazirliyinin 8,Fövqəladə Hallar Nazirliyinin  isə 3 ədəd texnikası da cəlb edilib.

Eyni zamanda paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparılıb.

BŞİH dən verilən məlumata görə paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri bundan sonrada gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun