Bu gün paytaxtın küçə və prospektlərində kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə bağlı paytaxt sakinlərinə məlumat verilmiş, zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları ilə bağlı xəbərdarlıq edilmişdi.Əvvəlcə dezinfeksiya olunacaq küçə və prospektlərdə nəqliyyatın hərəkəti polis tərəfindən qismən məhdudlaşdırıldı. daha sonra bütün küçələr süpürüldü və dezinfeksiya edən texnikalar yollara çıxarıldı.
BŞİH-in strukturları tərəfindən 40 ədəddən çox xüsusi təyinatlı avto-texniki vasitə ilə nəqliyyat vasitələri və piyadaların ən çox istifadə etdikləri küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirildi.
Həmçinin gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərləri də dezinfeksiya olundu
İntesviləşdirilmiş dezinfeksiya tədbirlərinə Daxili İşlər Nazirliyinin 15 ədəd texnikası da cəlb olunmuşdu
BŞİH –dən verilən məlumata görə paytaxda tibbi-proflaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.
RƏŞAD VƏKİLOĞLU SPACE TV