Destinasiya menecmenti

  • SpaceTV
  • 4 Oktyabr 2019 19:53

Təqdimatdan öncə Şəki şəhərinin əsas turizm obyektlərindən birinə infotur təşkil olunub.İnfoturda əhatə dairəsi üzrə Şəki,Qax,Zaqatala,Balakən rayonlarının turistlərlə bir başa əlaqədə olan turizm operatorları iştirak edib.Tədbir iştirakçıları Ekoturizm cəhətdən inkişaf etmiş turizm obyektində,mövcud olan organic məhsulardan dadıblar.Daha sonra “batika” sənətinin təqdimatı olub.Burada əyani şəkildə bu sənətin sirləri öyrədilib və bu sənət haqqında məlumat verilib.Bildirilib ki İndoneziyadan gəlmiş bu sənət sahəsi,məhz ipək üzərində işlənilir,zövqə uyğun olaraq çəkilən naxışlar,təbiətdən alınmış təbbi boyaqlarla bəzədilir.

Destinasiya Menecmenti təşkilatının təqdimat mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev agentliyin əsas məqsədləri sırasında regionlarda turizmin inkişafına dəstəyin xüsusi yer aldığını qeyd edib.Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin YUNESKO –nun Ümumdünya İrs siyahısına salınmasının böyük bir uğur olduğunu diqqətə çatdırıb.Azərbaycan Turizm bürosunun icraçı direktoru Florian Zenqsşmit bildirib ki,bu təşkilat Şimal bölgəsi üzrə artıq Qubada fəaliyyət göstərir.Cənub və Qərb bölgəsi üzrə isə təşkilat fəaliyyətə başlayacaq.

Bu təşkilat artıq Quba ,Qusar rayonları üzrə də fəaliyyət göstərir.Həmçinin cənub bölgəsində Lənkaranda,qərb bölgəsində isə Gəncə şəhərində Destinasiya Menecementi təşkilatları faəliyyətə başlayacaq.Qeyd edək ki,Destinasiya Menecementi Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək,regional turizmin təbliğatını aparmaq,bununla da uzunmüddətli davamlı iqtisadi inkişafına nail olmaq məqsədilə yeni idarə etmə modeli olaraq fəaliyyət göstərir.Təşkilatlar yerli səviyyədə Dövlət ,özəl sektor və əhali arasında əlaqələrin qurulması və insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasına xidmət edəcək.

Qeyd edək ki,Destinasiya Menecmenti təşkilatının fəaliyyət dairəsinə öz turizm potensialı ilə xüsusən seçilən Şəki ,Qax,Zaqatala,Balakən və Oğuz rayonları daxildir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun