Deputatlığa ən gənc və ən yaşlı iddiaçılar

  • SpaceTV
  • 21 Yanvar 2020 17:18

Növbədənkənar parlament seçkilərində iştirak üçün qeydə alınan deputatlığa namizədlərin yaşları da diqqət çəkir. 

SPACE TV 125 seçki dairəsi üzrə araşdırma apararaq ən cavan və ən yaşlı namizədi müəyyənləşdirib. 

46 saylı Şirvan seçki dairəsindən qeydə alınan deputatlığa namizəd Ömər Mirzəzadə siyahıda ən gəncdir. O, 2001-ci il təvəllüdlüdür, tələbədir.  

Deputatlığa qeydə alınan ən yaşlı namizəd isə 116 saylı Qəbələ seçki dairəsindəndir. O, 1938-ci ildə anadan olan Fəttah Heydərovdur (bu ilin fevralın 23-də onun 83 yaşı olacaq).

Qeyd edək ki, F.Heydərov 1995-ci ildən deputatdır. 

F.Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır. 

Paylaş

 Xəbəriniz olsun