Deputatlar prezidentin xüsusi nümayəndələri ilə bağlı sənədi təsdiqlədi

  • Space TV
  • 12 Fevral 2021 12:25

Prezidentin xüsusi nümayəndələrinə, onların müavinlərinə dövlət qulluqçusu statusu verilir. 

Spacetv.az-ın məlumatına görə, Milli Məclisin iclasında bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 11-ci maddəsinə əlavələr müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Sənədə əsasən, inzibati vəzifələrin ikinci təsnifatına xüsusi nümayəndələrin müavinləri vəzifələri də aid olacaq.

Layihəyə görə, xüsusi nümayəndəliklərdəki mütəxəssislər inzibati vəzifələrin üçüncü təsnifatında yer alacaq.

Layihə səsə qoyularaq qəbul edilib. 

Qeyd edək ki, yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Dövlət başçısının yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.

Paylaş

 Xəbəriniz olsun