Deputat Türkiyənin Vətən Müharibəsindəki dəstəyindən danışdı

  • Space TV
  • 13 Noyabr 2020 11:37

“Noyabrın 10-da ölkəmizin tarixində yeni bir səhifə açıldı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu”.

Spacetv.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, qardaş Tükiyə hər zaman olduğu kimi, Vətən Müharibəsi zamanında da yanımızda oldu:

“Bir millət, iki dövlət ifadəsi əbəs yerə deyilməyib. Dövlətlərimiz arasında olan qardaşlıq və dostluq münasibətləri bir daha bütün dünyaya nümayiş olundu”.

Paylaş

 Xəbəriniz olsun