Deputat: “Koronavirus testlərinin qiyməti aşağı salınmalıdır”

  • Space TV
  • 22 Dekabr 2020 11:34

“Milli Məclisdə cəmiyyət tərəfindən qəbul edilən həkim deputatlar var. Cəmiyyətdə koronavirus xəstələrinə dərmanların bir xəstəyə yox, digərinə verilməsi, testlərin qiyməti və s. kimi məsələlərlə bağlı suallar var. Hesab edirəm ki, bununla bağlı parlamentdə dinləmələr keçirilsə daha yaxşı olar”.

Spacetv.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirus testlərinin qiyməti aşağı salınmalıdır.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Milli Məclisdə bununla bağlı iki dəfə dinləmə keçirilib:

“Əgər bununla bağlı ehtiyac olsa, biz bu dinləməni keçirə bilərik”.

Paylaş

 Xəbəriniz olsun