Deputat 3.5 milyard manatın parlamentin rəyi olmadan bölüşdürülməsinə etiraz etdi

  • SpaceTV
  • 5 İyun 2020 13:14

Milli Məclisin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.

SPACE TV-ın xəbərinə görə, Q.Həsənquliyev koronavirus pandemiyası ilə bağlı dövlət tərəfindən ayrılan 3.5 milyard manat vəsait barədə danışıb. 

O, bu vəsaitin bölüşdürülməsi zamanı parlamentin rəyinin alınmamasına etiraz edib. 

“Milli Məclisin rəyi olmadan 3.5 milyard manatlıq paketin bölüşdürülməsi ədalətsizlikdir. Milli Məclis də hakimiyyətin qollarından biridir”, – deyə Q.Həsənquliyev əlavə edib.

Qeyd edək ki, parlamentin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrası barədə sənəd müzakirə olunur.

Paylaş

 Xəbəriniz olsun