Deportasiya olunmuş şəxslərin ölkəyə gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • SpaceTV
  • 20 May 2020 12:29

“Koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə sərhədlər bağlanıb və deportasiya məsələləri dayandırılıb”.

SPACE TV-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, barələrində belə qərar qəbul edilmiş şəxslər deportasiyanı gözləyirlər: 

“Azərbaycanda da bir qrup şəxs var ki, bunu gözləyir. Bütün dövlətlər deportasiyanı saxlayıb. Bunun dəqiq sayı barədə məlumat yoxdur”.

Paylaş

 Xəbəriniz olsun