Depardye cinsi təcavüz ittihamlarını rədd etdi

  • Space TV
  • 25 Fevral 2021 10:03

Tanınmış fransız aktyor Jerar Depardyenin cinsi təcavüzdə ittiham olunması ilə bağlı cinayət işi yenidən gündəmə gəlib.

Fransanın “Le Parisien” nəşrinin məlumatına görə, hələ dekabr ayının ortalarında məşhura qarşı rəsmi ittiham irəli sürülüb. Qeyd olunub ki, cinayət işi 2018-ci ildə açılsa da, sübutların olmaması səbəbindən istintaq dayandırılıb.

Aktyorun vəkili məşhurun bu işdə tamamilə günahsız olduğunu və ittihamları qətiyyətlə rədd etdiyini bildirib.

Xatırladaq ki, üç il öncə adı gizli saxlanılan gənc aktrisa Depardyeni cinsi təcavüzdə ittiham edib. Onun sözlərinə görə, hadisə aktyorun evində, növbəti tamaşanın məşqləri zamanı baş verib.

Paylaş

 Xəbəriniz olsun