Dekabrın 23-ü “ASAN Xidmət”də qeyri-iş günüdür

  • Space TV
  • 21 Dekabr 2019 18:30

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SPACE TV-ə verilən məlumata görə, həmin gün “ASAN xidmət” mərkəzlərində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanaraq hazır sənədləri əldə edə bilərlər.

Paylaş

 Xəbəriniz olsun