“Dedilər, ay Hadı müəllim, Sizin nə qədər xalanız var?” – VİDEO

  • SpaceTV
  • 2 Noyabr 2019 17:39

“Məmurlara zəng vururam,  xahiş edirəm ki, bircə seçicimin problemi həll olunsun. Bəzən hətta həqiqətdən kənara çıxıram,  zəng edib deyirəm  xalamqızı gəlir, xahiş edirəm kömək edin”.  Milli Məclisin Əmək  və  Sosial  Siyasət  Komitəsinin sədri Hadı Rəcəbli Space TV-də yayımlanan “Sadə Həqiqətlər” verilişində seçicilərlə münasibətindən danışarkən belə deyib. O, seçicilərinin problemlərinin həll olunması üçün hətta onları yaxın qohumları kimi təqdim etdiyini deyib:  “Bir dəfə  on dənə belə zəngim oldu. Dedilər, ay Hadı müəllim, Sizin nə qədər xalanız  var?  Dedim səkkiz xalam var. Bu gün mən məcburam ki, məmurları problemlərin  həllinə yönəldim. Mən inzibati orqanlara birbaşa zəng edə bilirəm. Xahiş edirəm, yalvarıram…Buna görə də bu günə qədər mənim qəbuluma gələn insanlardan narazı gedən yoxdur”.  

Paylaş

 Xəbəriniz olsun