De Niro və Di Kaprio Skorsezinin yeni filmdə rol alacaq

  • Space TV
  • 25 Fevral 2021 10:25

“Breaking Bad” və “Fargo” teleseriallarındakı rolları ilə tanınan amerikalı aktyor Cessi Plemons rejissor Martin Skorsezinin “Killers of the Flower Moon”un – eyni adlı araşdırma kitabının motivləri əsasında çəkiləcək yeni filmində rol alacaq.

Bu barədə “Hollywood Reporter” xəbər yayıb.

Qərbə aid yeni cinayət dramında Plemons əyalətdə neft kəşf edildikdən sonra 1920-ci illərdə Oklahomada hindilərin cinayətlərini araşdıran FTB agenti Tom Vayt rolunu oynayır.

Plemons və Skorsesi daha əvvəl “İrlandiyalı” (The Irishman) filmində əməkdaşlıq ediblər.

Robert De Niro nüfuzlu fermer Villiam Heylin, Leonardo Di Kaprio isə qardaşı oğlu Ernest Berkhartın rolunu canlandıracaq.

Dramın ssenarisi “Forrest Gump” və “A Star is Born” filmlərindəki işləri ilə məşhur olan Erik Rot tərəfindən yazılıb.

Paylaş

 Xəbəriniz olsun