De Byazi və AFFA-nın əməkdaşları “YAŞAT” fonduna pul köçürüblər

  • Space TV
  • 29 Dekabr 2020 17:50

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, digər məşqçilər və AFFA-nın əməkdaşları ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə edib.

Spacetv.az-ın məlumatına görə, onlar dekabr ayının məvacibindən Fondun hesabına 50 min AZN pul vəsaiti köçürüblər.

Qeyd edək ki, “YAŞAT” Fondu ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib.

Paylaş

 Xəbəriniz olsun