Daxili turizm inkişaf edəcək

  • SpaceTV
  • 28 May 2020 14:00

Hazırda dünya pandemiya dövrünü yaşayır. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Belə bir vəziyyətdə isə xarici ölkələrə səfər etmək imkanı məhdudlaşdığından insanlar daha çox ölkələri daxilində qalmağa və həmin yerlərin gözəlliklərindən zövq almağa, səfalı yerlərini gəzməyə üstünlük verəcəklər. Bu isə  daxili turizmin inkişafına müsbət təsir edəcək. 

Ötən illə müqayisədə bu ilin aprel ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 92% azalıb. May ayının yekunu üçün də bu rəqəm gözlənilir. Bu barədə Dövlət Turizm Agentliyinin sektor müdiri Kənan Quluzadə bildirdi. Hazırkı durumda  isə Azərbaycan turizmin bərpasının ilkin  mərhələsindədir ki, bu istiqamətdə də bir sıra işlər görülüb.

Azərbaycanda daxili turizmin bərpası iri şəhərlərlə regionlar arasında əlaqələr tam bərpa olunandan sonra, yəni faktiki olaraq karantin rejimi bitəndən dərhal sonra mümkün olacaq və yeni turizm mövsümü elan ediləcək.

Daxili turizm Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Kənan Quluzadə bildirdi ki, Dövlət Turizm Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə yeni strategiya üzərində işləyir. Həmin strategiya 2020-2023-cü illəri əhatə edəcək. Bura regionlarda infrastrukturun artırılması, mövsümülüyün aradan qaldırılması, xarici turizmdən asılılığın azaldılması daxildir. Bundan başqa …

Onu da qeyd edək ki, Azərbayacanda həm ölkə vətəndaşlarının, həm də xarici turistlərin daha çox səyahət etdiyi istiqamətlər Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə, Bakı-Cənub istiqamətləridir.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun