Daşqından qorunmaq üçün kafeyə sığındılar

  • Space TV
  • 16 Yanvar 2020 12:31

Şiddətli “Brendan” qasırğası Böyük Britaniya sahillərini vurub. Küləyin sürəti bir neçə qraflıqda saatda 65-80 kilometrə çatıb. Sahilə yaxın ərazilər isə daşqına məruz qalıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bununla bağlı yayılan kadrların birində fəlakətlə üzləşən sakinlərin kafeyə girərək, daşqından qorunmağa çalışdıqları görünür.

Paylaş

 Xəbəriniz olsun