Daşqın bir neçə körpünü və avtomobili aparıb

  • Space TV
  • 11 May 2020 17:32

Sakinlər deyir ki,bir neçə gün bundan öncə də bu cür sel müşahidə olunub.Amma Bu dəfə  baş verən sel isə körpünü tam  yararsız vəziyyətə salıb. Kəndin mərkəzindən keçən Şabrançay kəndi iki hissəyə ayırır ki,həmin çay üzrəindəki körpü dağıldıından kəndlə avtomobil əlaqəsi kəsilib.

Avtomobildə olan şəxslər xilas olunsa da maşınlar sel sularının altına qalıb.Daha sonra əraziyə texnikalar cəlb edilib.Niva markalı avtomobili çıxarmaq üçün əraziyə gələn QAZ 66 markalı avtomobilin cəhdi isə uğursuz alınıb.Daha sonra traktor vasitəsi ilə gecə saatlarında  avtomobillərdən birini çıxarmaq mümkün olub. Səhəri gün Uvaz marakalı avtomobili çıxarmaq mümükün olsa da  avtomobil tamam yararsız vəziyyətə düşüb.Qeyd edək ki,bir neçə gün bundan öncə də rayona yağan güclü leysan Xanagah kəndində yaşayış məntəqələrini birləşdirən Çağacıq çayının üzərində inşa edilmiş körpüləri aparıb. Çiçi kəndində  su xətlərini  sıradan çıxıb, yol infrasktukturunada ziyan vurub.

                                                                             Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun