Daşkəsəndə ana və azyaşlı övladı yoxa çıxdı

  • SpaceTV
  • 8 Noyabr 2019 13:46

Daşkəsən rayonunda ana və azyaşlı övladı itkin düşüb. 

SPACE TV xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 

Ellazəliyev Asif Qurban oğlu Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı Ellazəliyeva Suğra Tofiq qızı azyaşlı övladı Ellazəliyeva Zeynəblə birlikdə evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun