Daşkəsəndə 2500 ədəd ağac əkilib

  • SpaceTV
  • 6 Dekabr 2019 17:21

Böyük şair və mütəfəkkirimiz İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublika ərazisində bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Daşkəsənlilər böyük bayram əhval-ruhiyyəsi ilə keçib. Havanın dəyişkənliyinə baxmayaraq kütləvi hal alan  aksiyada rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri,ictimaiyyət nümayəndələri, ziyalılar, sadə sakinlər böyük coşqu ilə iştirak ediblər.

Bayram coşğusu ilə keçirilən ağacəkmə aksiyası qarla örtülmüş Daşkəsən şəhərində və digər yüksək dağlıq ərazilərdə, eləcə də  rayonun girişindəki Bayraq meydanında təşkil olunub.

Qeyd edək ki, qarlı  və buzlu şərait nəzərə alınaraq, aksiyanın normal keçirilməsinin təmin olunması məqsədilə bir gün əvvəl texnikanın köməyilə yollar qaydaya salınıb. Həmçinin insanların əməyinin asanlaşdırılması məqsədilə, tinglər üçün çalalar da qqazılıb.     

Aksiya çərçivəsində şam, ərik, göyrüş, tuya, ağcaqayın kimi ağaclar torpağa basdırılıb, dibləri doldurulub və suvarılıb.

Rayonun  musiqiçilərinin ifa etdikləri xalq havaları tədbirə əlavə rəng qatıb.

ZAKİR Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun