Daşkənddə yaşayan soydaşlarımız Sırdərya vilayətindəki qəzadan zərər çəkənlərə yardım göndəriblər

  • SpaceTV
  • 5 May 2020 10:13

Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsində təmsil olunan milli mədəniyyət mərkəzləri Sırdərya vilayətindəki Sardoba su anbarında baş verən qəzadan zərər çəkənlərə yardım göndəriblər.

SPACE TV xəbər verir ki, yardıma qoşulan mədəniyyət mərkəzləri arasında Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) də var.

RAMMM Daşkənddəki azərbaycanlılar adından fəlakət zonasına ərzaq malları, gigiyenik vasitələr, dəftərxana ləvazimatı göndərib.

RAMMM-nin sədri Firdovsi Hüseynov deyib: “Biz Özbəkistanda yaşayan azərbaycanlılar bu xeyriyyə aksiyasından kənarda qala bilməzdik. Ona görə də imkanlı adamlarımız özləri təşəbbüs göstərdilər və biz də fəlakətə düçar olan adamlara öz kömək əlimizi uzatdıq”.

Xatırladırıq ki, mayın 1-də səhər saatlarında güclü yağış və külək nəticəsində Sardoba su anbarındakı bəndin bir hissəsi dağılıb,

yaşayış məntəqələrinə, kommunikasiya şəbəkələrinə, yollara, kənd təsərrüfatı sahələrinə böyük zərər dəyib. Qəzadan sonra zərər çəkən 60 adam xəstəxanaya yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun