Daş boşaldan “Kamaz” aşdı, yaralı var

  • SpaceTV
  • 9 Oktyabr 2019 11:00

Qaradağ rayonunda yük avtomobilinin aşması nəticəsində 1 nəfər xəsarət alıb.  

SPACE TV xəbər verir ki, hadisə rayon ərazisində yerləşən daş karxanasında qeydə alınıb.  

40 yaşlı Quliyev Malik Nazim oğlu idarə etdiyi “Kamaz” markalı avtomobillə yük boşaldan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.  

Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

Paylaş

 Xəbəriniz olsun