Dariqa Nazarbayeva Qazaxıstan Senatının sədri seçilib

  • SpaceTV
  • 2 Sentyabr 2019 11:42

Qazaxıstan Respublikası Senatının sentyabrın 2-də keçirilən iclasında senatın üzvü Dariqa Nazarbayeva gizli səsvermə yolu ilə yenidən Senatın spikeri seçilib. Onun namizədliyinə 48 senator səs verib.

Space TV Xarici mətbuata istinadən istinadla xəbər verir ki, yeni səsvermə Dariqa Nazarbayevanın avqustun 12-də yenidən Senatın üzvü seçilməsi ilə bağlı keçirilib. Həmin vaxt onun namizədliyini ölkə Prezidenti Kasım Jomart-Tokayev irəli sürüb.

Prezident Administrasiyasının rəhbəri Krımbek Kuşerbayev Dariqa Nazarbayevanın Senatın sədri seçilməsi barədə Prezidentin təqdimatını oxuyub. 56 yaşı Nazarbayeva martın 20-də bu vəzifəyə seçilmişdi, lakin avqustun 12-də onun deputat səlahiyyətlərinin müddəti başa çatdığı üçün yeni seçki keçirilib.

Paylaş

 Xəbəriniz olsun