Dairəvi dəmir yolu xətti üzrə qatarların sayı artırılır

  • Space TV
  • 6 May 2020 10:22

Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən etibarən ölkə ərazisində karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi iş yerlərinin açılması nəticəsində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara sərnişin tələbatı artıb.

Azərbaycan Dəmir Yolları” QSC-dən SPACE TV-a verilən məlumata görə, bunu nəzərə alaraq, sabahdan həmin istiqamətdə qatarların sayı çoxaldılacaq.

Qatarların yeni hərəkət qrafiki ilə ətraflı aşağıdakı cədvəldə tanış olmaq olar.

Paylaş

 Xəbəriniz olsun