Daikonun yeni növü

  • SpaceTV
  • 19 Oktyabr 2019 18:07

Tərkibi fosfor, mis, yod, kalium və digər mineral maddələrlə zəngin olan Daikon ölkəmizdə yenicə becərilməyə başlansa da dünyada Yaoniyadan sonra Rusiyada o geniş sahələrdə əkilir. Ölkəmizdə nadir hallarda becərilən bu turp növü bu il  ilk dəfə olaraq cənub bölgəsində Cəlilabadda əkilib. Xaricdən  gətirilmiş  yeni turp sortu-daikon təcürbə məqsədi ilə yarım hektarlıq ərazidə sınaq təcürbə məqsədi ilə əkilib.

 Formasına görə yerköküyə bənzəsə də dadı və rəngi ilə ondan kəskin şəkildə fərqlənir.Yapon turpu Yerli sortlarla müqayisədə xeyli məhsuldardır.

Bu tərəvəz məhsulu sinir sisteminin sakitləşdiriməsi, ağ və qara ciyərin təmizlənməsi eləcə də qanda şəkərin səviyyəsinin normallaşdırlması üçün son dərəcə effektlidir.Turpun bu növü yeganə bitkilərdəndir ki, torpaqda olan ağır metalların  zərərli maddələrini qəbul etmir.Ona görə də  onun tərkibində  zərərlili kompenentlərə heç vaxt rast gəlinmir.Cana  Faydaların saymaqla bitməyən bu tərəvəz məhsuluna təlabat çox olacağı təqdirdə təsərrüfat sahibi Ağ turpu gələn il daha geniş ərazidə əkməyi planlaşdırırlar.

Təyyar Nəsirli  SPACE TV

Paylaş

 Xəbəriniz olsun