Daha iki deputat koronavirusa yoluxdu

  • Space TV
  • 11 Dekabr 2020 14:10

Milli Məclisin deputatlarının koronavirus testinin nəticələri açıqlanıb.

Spacetv.az-ın əldə etdiyi məlumata görə, parlament üzvlərinin bir neçəsinin COVID-19-la bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.

Onlar arasında deputatlar Ceyhun Məmmədov və Kamal Cəfərov da var.

Qeyd edək ki, COVID-19-a yoluxmuş bir neçə deputat artıq sağalıb.

Paylaş

 Xəbəriniz olsun