Daha iki ailə mənzillə təmin olunub

  • SpaceTV
  • 2 Dekabr 2019 16:24

Qazax rayonunda  Qarabağ qazisi və şəhid ailəsinə iki mənzil verilib. Mənzillər rayonun Canallı Massivi adlanan ərazisində müasir standartlara uyğun olaraq tikilib.  Mənzillər müasir istilik sistemi ilə təmin edilib.  Şəhid  ailələri  eləcədə   Qarabağ  müharibəsi  zamanı  həyatını  itirmiş ailələrin  nümayəndələri də   Yeni il ərəfəsində   ölkə  başcısının   bu  addımını  yüksək  qiymətləndirdilər .

Əmək və əhalinin  sosial  müüdafiəsi  nazirliyinin yerli  şöbəsinin əməkdaşlarının iştirakı ilə   evlər  sahiblərinə   təqdim edilib  . Ümumilikdə  Qazax rayonu ərazisində  bu kateqoriyadan olan ailələr üçün  16  fərdi evin inşa edilərək,  təhvil verilməsi nəzərdə tutulub.  Onlardan beşi 2 otaqlı, 11-i  isə 3 otaqlı fərdi evlərdir. Bu günkü  evlər  də daxil olmaqla artıq mənzillərin 6-ı təhvil verilib. Digər evlərin  isə ilin sonunadək sahiblərinə təhvil verilməsi nəzərdə tutulub. Qeyd edək ki, Qazax rayonu ilə yanaşı, İsmayıllı və Yevlax rayonlarında da yaşayış evləri şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun