Daha bir xəstəxana koronavirusa yoluxanlara ayrıldı

  • Space TV
  • 17 İyun 2020 16:35

Sabahdan Göyçay Rayon Mərkəzi Xəstəxanası COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Bu barədə SPACE TV-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. 

O bildirib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası pandemiyaya yoluxanlara ayrılıb.

Qurum rəsmisi hansı xəstəxanaların pandemiya ilə mübarizəyə ayrılacağı ilə bağlı suala belə cavab verib:

“Yoluxmalarla bağlı ehtiyac yaranarsa, mərhələli şəkildə pandemiya ilə mübarizəyə bağlanan xəstəxanalar olarsa, ictimaiyyətə məlumat veriləcək”

Paylaş

 Xəbəriniz olsun