Daha bir tələbə dəm qazından öldü

  • SpaceTV
  • 5 Dekabr 2019 11:50

Bakıda daha bir tələbə dəm qazından boğulub.

SPACE TV-in məlumatına görə, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

Paylaş

 Xəbəriniz olsun