Daha bir sirli sütun Almaniyada peyda oldu – FOTO

  • Space TV
  • 9 Dekabr 2020 11:22

Növbəti sirli gümüşü sütun Almaniyanın Hessen federal əyalətinin bir şəhərində tapılıb.

“Hessenschau” xəbər portalının verdiyi məlumata görə, parlaq monolit əkin sahələrinin kənarında yoldan keçənlər tərəfindən aşkar edilib.

Bildirilir ki, obyektin içərisi taxta konstruksiyadan ibarətdir. Monolitin mənşəyi məlum deyil.

Sirli sütünlar bu ilin noyabrında dünyanın bəzi ölkələrində ortaya çıxmağa başlayıb.

Bundan əvvəl, monolitlər Rumınyada, ABŞ-da və Böyük Britaniyada da aşkar edilib.

Paylaş

 Xəbəriniz olsun