Daha bir sərnişin təyyarəsi təcili eniş edib

  • Space TV
  • 13 Yanvar 2020 10:45

“Thai Airways” aviaşirkətinə məxsus təyyarə iki sərnişinin halının pisləşməsi səbəbindən Şri-Lankanın Bandaranaike beynəlxalq hava limanına təcili eniş edib.

SPACE TV TASS-a istinadən xəbər verir ki, bu barədə “ColomboPage” onlayn nəşri məlumat yayıb.

Hava limanının nümayəndələrinin verdiyi məlumata görə, Ciddədən (Səudiyyə Ərəbistanı) İndoneziyanın Surabaya hava limanına uçan təyyarə yerli vaxtla saat 02:45-də Bandaranaik şəhərinə enib.

Həmin ana qədər göyərtədəki iki İndoneziya vətəndaşı – qadın və kişi ölüb.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Paylaş

 Xəbəriniz olsun