Daha bir şəhərin meri COVID-19-un qurbanı oldu

  • Space TV
  • 31 Avqust 2020 11:30

Perunun Kusko şəhərinin meri Rikardo Valderrama koronavirus infeksiyasından vəfat edib.

Spacetv.az xəbər verir ki, “İzvestiya” agentliyi Kusko şəhər bələdiyyəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, 75 yaşlı mer iyulun 24-də koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Peru COVID-19 virusundan ən çox zərər çəkən ölkələrdən biridir. Son rəqəmlərə əsasən, bu ölkədə 647 166 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 28 788 xəstə pandemiyanın qurbanı olub.

Paylaş

 Xəbəriniz olsun