Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin ediləcək

  • Space TV
  • 17 Fevral 2021 15:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tarixi Zəfərimizin qəhrəmanlarından daha birinin – Əsgərzadə Bəkir Zakir oğlunun ailəsini ziyarət ediblər.

Nazirlikdən bildirilib ki, B.Əsgərzadə Vətən müharibəsində şərəfli döyüş yolu keçib, döyüşlərin birində ağır yaralanıb. Onun 5 nəfərdən ibarət ailəsinin (qazinin anası, atası, qardaşı, bacısı) sosial vəziyyəti öyrənilib. Ailənin əmək qabiliyyətli olan, lakin işləməyən üzvlərinin məşğulluq məsələlərinin həlli üçün işlər aparılır. 

B.Əsgərzadənin yüksək texnologiyalı protezlə təmin edilməsi qərara alınıb. Bununla əlaqədar o, Nazirliyin Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Mərkəzdə ölçülər götürülüb, protezləşməyə hazırlıq üçün evə buraxılıb. Qısa müddət ərzində qazimiz yüksək texnologiyalı protez ilə də təmin olunacaq. 

Paylaş

 Xəbəriniz olsun