Daha bir ölkədə koronavirusa yoluxma halı qeydə alındı

  • Space TV
  • 29 Yanvar 2020 15:53

Birləşmiş Ərəb Əmirliyində koronavirusa yoluxan bir nəfər xəstəxanaya yerləşdirilib.

“RİA Novosti” bu barədə ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya əsasən məlumat yayıb.

“Koronavirusa yoluxan ilk xəstə qeydiyyata alınıb. Hazırda xəstənin vəziyyəti stabildir və o, həkim nəzarətindədir”, – deyə məlumatda bildirilir.

Nazirlik koronavirusun kimə və haradan yoluxduğunu açıqlamayıb.

Qeyd edək ki, artıq bir neçə ölkədə aşkar olunan koronavirus ilk dəfə Çində yayılıb. Çində koronavirusa yoluxan xəstələrin ümumi sayı 5974 nəfərə çatıb, 132 nəfər isə ölüb.

Paylaş

 Xəbəriniz olsun